“Bankirlər” məğlubiyyətdən necə qaçdı?
12.04.2016 - 14:02
“Bankirlər” məğlubiyyətdən necə qaçdı?

Futzal üzrə Azərbaycan  birinciliyində qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu hadisə “Obolon” – “Amrahbank” qarşılaşmasının 30-cu dəqiqəsində yaşanıb.

 

Belə ki, “Amrahbank”ın futzalçısı Həbib Amanov hakimin icazəsi olmadan meydançaya daxil olub. O, bu addımı “Obolon”un qol vurmağa yaxın olması üzündən atıb.

 

Oyuna müdaxilə edən futzalçı rəqibi aşkar qol vurmaqdan məhrum edib. Bu gün məsələni araşdıran AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan oyunçunu 1 matçlıq cəzalandırıb.

 

Qeyd edək ki, I dəstənin liderlərinin duelində vurula biləcək yeganə qolun qarşısı alındığından matç 0:0 hesabı ilə başa çatıb. 28 turdan sonra “Obolon” 70, “Amrahbank” 68 xala malikdi. Cari mövsümdə uduzmayan “bankirlər” cəza hesabına ilk ola biləcək məğlubiyyətdən qaça bilib.