“Barselona” 34 yaşlı oyunçunu istəyir
15.11.2016 - 20:50
“Barselona” 34 yaşlı oyunçunu istəyir

“Barselona” heyətini gücləndirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, katalonların diqqət mərkəzinə gələn oyunçu futbol ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

 

İspanita mətbuatının iddiasına görə, müdafiənin sağ cinahında ciddi problemlər yaşayan Luis Enrike “Şaxtyor”un kapitanı Dario Srnanı komandasında görməkdə maraqlıdı. “Barsa”nın sözügedən transfer üçün bu qış Donetsk klubu ilə danışıqlara başlayacağı bildirilib.

 

Qeyd edək ki, 34 yaşlı müdafiəçi Srna 14 ildir "Şaxtyor"da çıxış edir.