“Barselona” daha 5 transfer etməyə hazırlaşır
22.06.2014 - 18:22
“Barselona” daha 5 transfer etməyə hazırlaşır

 

“Barselona” transfer siyasətini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, klub bu mövsüm ən azı daha 5 futbolçunu almaq istəyir.

 

“Barselona” iki müdafiəçi, bir yarımmüdafiəçi və bir hücumçu axtarır. Qeyd edək ki, Kataloniya klubu artıq 3 futbolçu ilə müqavilə bağlayıb. Bunlar qapıçılar Mark-Andre ter Şteqen və Klaudio Bravo, eləcə də yarımmüdafiəçi İvan Rakitiçdir.

 

 

0