“Barselona” Messiyə kifayət qədər qayğı göstərmir”
23.09.2016 - 00:26
“Barselona” Messiyə kifayət qədər qayğı göstərmir”

Argentina millisinin baş məşqçisi Edqardo Bausa “Barselona”nı tənqid edib. Apasport.az saytının məlumatına görə, mütəxəssis klubun Lionel Messiyə kifayət qədər qayğı göstərməməsindən gileylənib.

 

Ulduz futbolçunun “Atletiko” ilə oyunda zədələnərək vaxtından əvvəl meydanı tərk etməsinə münasibət bildirən Bausa fikirlərini “FOX Sport”la bölüşüb: “Klub bizə məktub göndərib xahiş edir ki, Messiyə qarşı qayğı ilə davranaq və diqqətli olaq, ancaq görünən odur ki, onlar özləri bunu etmirlər. Rəsmi məlumat yayıb bildiriblər ki, Messi arxa əzələsindəki problemlərə görə 3 həftə oynaya bilməyəcək. Ancaq o cür bir zədənin sağalması üçün 3 həftə çox azdı”.