“Barselona” Nolitodan əl çəkmir
25.01.2016 - 18:47
“Barselona” Nolitodan əl çəkmir

“Barselona” rəhbərliyi “Selta”nın hücumçusu Nolitonu transfer etməkdə israrlıdılar. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar nəyin bahasına olursa-olsun, təcrübəli futbolçunu heyətlərinə qatmaq istəyirlər.

 

Klub rəhbərliyi bu keçidin baş tutması üçün öz futbolçularını “qurban verməyə” də hazırdı. Belə ki, “Barsa” Nolitonu futbolçularından biri ilə dəyişdirmək niyyətindədi.

 

Söhbət Munir Əl-Həddadi, Sandro Ramires və Serxi Samperdən gedir.

 

Hələlik qarşı tərəf bu təklifi cavablandırmayıb.