“Barselona” qapıçısını satmağa razıdı
10.07.2016 - 18:17
“Barselona” qapıçısını satmağa razıdı

“Barselona” qapıçı Klaudio Bravonu satmağı düşünür. Apasport.az saytının məlumatına görə, katalonlar “Mançester Siti”nin israrla istədiyi “çərçivə qoruyucusu” üçün 20 milyon avro almağa razıdı.

 

Belə ki, klub özü oyunçusundan imtina etmək istəməsə də, Çili yığmasının qapıçısının “Mançester Siti”yə keçmək istəməsi transferi reallaşdıra bilər.

 

Əslində “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola alman qapıçı Mark-Andre Ter Ştegenin də xidmətində maraqlıdır, ancaq “Barselona” yaşı daha çox olan çilili qapıçını satmağa razıdı.