“Barselona” futbol klubu “Sevilya”nın və Xorvatiya millisinin oyunçusu İvan Rakitiçi almaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, havbeklə 5 il müddətinə müqavilə imzalanacaq.
“Sevilya” ilə 2015-ci ilə qədər müqaviləsi olan Rakitiç Kataloniya klubunda ildə 8 milyon avro alacaq. Gözlənildiyinə görə, razılaşmanın məbləği 15-20 milyon avro arasında olacaq.
İvan Rakitiç 2007-2011-ci illərdə “Şalke”nin şərəfini qoruyub və sonra “Sevilya”ya keçib. O, ötən mövsüm “Sevilya” ilə Avropa Liqasının qalibi olub, İspaniya çempionatında keçirdiyi 34 oyunda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı