“Barselona” üçün mövsümün ilki
02.01.2016 - 22:12
İspaniya La Liqasının XVIII turunda “Espanyol”la qarşılaşan “Barselona” meydandan bir xalla ayrılıb. Apasport.az saytının məlumatına görə, kataloniya derbisi Luis Enrikenin yetirmələri üçün ilklə yadda qalıb.
Belə ki, 0:0 hesablı bərabərliklə bitən oyun klubun bu mövsüm primeroda qol vurmadığı ilk qarşılaşma olub.
“Barselona”nın sonuncu qolsuz başa vurduğu matç isə 28 oktyabrda İspaniya Kuboku çərçivəsində baş tutan “Vilyanovens”lə oyun olub.
0
0