“Barselona” yeni müdafiəçisini Fransada tapdı
30.06.2016 - 19:35
Fransalı müdafiəçi Samuel Umtiti növbəti mövsümdən "Barselona"da çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə katalonların prezidenti Xosep Bartomeu yerli mətbuata açıqlamasında danışıb.
Klub prezidenti 22 yaşlı futbolçu üçün klubu “Lion”a 25 milyon avro ödəyəcəklərini bildirib.
Tərəflər arasındakı anlaşma isə 5 il müddətinə nəzərdə tutulub.
Son mövsümdə, "Lion"la Liqa 1-də 38 oyuna çıxan gənc futbolçu 1 qola imza atıb. O, hazırda Fransa millisinin AÇ-2016-da iştirak edən heyətindədir.
0
0