“Barselona”da yeni müqavilə
13.10.2016 - 19:36
“Barselona”da yeni müqavilə

“Barselona” Xavier Maskerano ilə yeni müqavilə barəsində razılığa gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.

 

Argentinalı ilə yeni anlaşmanın müddəti 2019-cu ilə kimi nəzərdə tutulub.

 

Tərəflər arasında artıq bütün detallar razılaşdırılıb. Önümüzdəki bazar ertəsi günü media nümayəndələrinin də iştirakı ilə imza mərasimi olacaq.

 

Qeyd edək ki, 2010-cu ildən katalonların şərəfini qoruyan argentinalı bu müddətdə 175 dəfə komadanın formasını geyinib.