“Barselona”da yeni oyunçu
31.01.2017 - 23:06
“Barselona”da yeni oyunçu

“Barselona” yeni müdafiəçi transfer edib. Apasport.az saytının məlumatına görə, kataloniyalılar Uruqvay təmsilçisi “Penarol”un oyunçusu Santyaqo Buenoyu heyətinə qatıb.

 

18 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, “Barselona” oyunçu yetişdirmək haqqı olaraq “Penarol”a 1 milyon avro ödəyəcək.

 

Əgər Bueno “Barselona” forması ilə müqavilədə qeyd olunan sayda matça çıxsa, o zaman klub 5 milyon daha qazanacaq.