Transfer pəncərəsinin ilk günü “Barselona” müxtəlif yaş qrupları üzrə komandalarında iştirak ərizəsinə 77 oyunçunun adını daxil edib. Apasport.az saytının məlumatına görə, katalonlar yayda heyətinə qatdığı, ancaq FİFA-nın cəzası səbəbindən xidmətlərindən istifadə edə bilmədiyi oyunçuları artıq rəsmən komandalarının siyahısına salıb.
Bunların arasında əsas komandaya “Atletiko”dan transfer edilən Arda Turan, “Sevilya”dan alınmış Aleyks Vidal, “Barselona B”-yə alınan Robert Qonsalves və digərləri daxildi.
Qeyd edək ki, yeni futbolçuların arasında məşhur islandiyalı hücumçu Eydur Qudyonsonun oğlu Daniel də var.
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
- Türkiyə klubu fələstinli hücumçu ilə maraqlanır