Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal”la səfər oyunu “Barselona” üçün fərqli məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, kataloniyalılar üçün mənfi məqam son üç ilin antirekordudu.
Belə ki, İspaniya klubu qarşılaşmanın ilk 45 dəqiqəsində çərçivəyə 1 dəfə də dəqiq zərbə endirə bilməyib. “Barselona”nın avrokuboklardakı sonuncu belə uğursuzluğu 2013-cü ildə “Bavariya”ya 0:4 hesabı ilə uduzduğu görüşdə qeydə alınıb.
Görüş İspaniya klubunun argentinalı legioneri Lionel Messi üçün düşərli olub. Cənubi amerikalı nəhayət ki, Petr Çex səddini yarıb. Karyerası ərzində 6 dəfə çexiyalı ilə üz-üzə gələn argentinalı həmin qarşılaşmaları qolsuz tərk etmişdi. 71-ci dəqiqədə fərqlənən Messi “Çelsi”də oynadığı vaxt məyus edə bilmədiyi çexiyalını “Arsenal”la matçda topu tordan çıxarmağa məcbur edib.
Qeyd edək ki, “Barselona” ikinci hissədə vurduğu 2 qolla qalib gəlib – 2:0.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”