“Barselona”nın futbolçusuna “Milan”dan təklif
12.12.2015 - 13:30
“Barselona”nın futbolçusuna “Milan”dan təklif

“Barselona”nın braziliyalı müdafiəçisi Adriano Korrea karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, “sambaçı” ilə “Milan” yaxından maraqlanır.

 

“Rossonyerlər” Adrianonu yanvarda heyətlərinə qatmaq arzusundadılar. “Milan” rəhbərliyi 31 yaşlı futbolçuya görə 4 milyon avro xərcləməyə hazırdı. Lakin ispanlar Adriano ilə yolları ayırmağa razı deyillər. Danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, Adriano 2010-cu ildən “Barselona”nın formasını geyinir. O, hazırkı komandasında bu vaxta qədər 170 oyunda 16 qola imza atıb.