Bir zamanlar Xorvatiyanın ən perspektivli oyunçularından biri hesab edilən Alen Haliloviç karyerasına yenidən İspaniyada davam edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun klubu “Hamburq” açıqlama yayıb.
Bildirilib ki, 20 yaşlı gənc yarımmüdafiəçi “Las Palmas”a icarəyə verilib. Tərəflər arasındakı müqavilənin müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Zaqreb “Dinamo”sunun yetirməsi olan Haliloviç 18 yaşında “Barselona”ya transfer olmuş, bir mövsüm ikinci komandada oynadıqdan sonra Xixon “Sportinq”inə icarəyə verilmiş, bu mövsümün əvvəlində isə “Hamburq”a satılmışdı. Geridə qalan müddətdə alman klubu ilə sadəcə 6 oyunda meydana çıxa bilən xorvatiyalı özünü sübut edə bilməyib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı