Almaniya nəhəngi “Bavariya” “Ginnesin rekordlar kitabı”na düşüb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında ardıcıl 16 ev oyununu qələbəylə başa vuran Münhen təmsilçisi rekord qırıb.
Bu barədə məlumatı klubun saytı yayıb. “Bavariya”nın adından mükafatı mövsümün sonunda karyerasını bitirəcək komanda kapitanı Filip Lam və hücumçu Tomas Müller alıblar.
Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasında 2014-cü ilin sentyabrın 17-dən 2017-ci ilin fevralın 15-nə kimi keçirdiyi bütün ev oyunlarını qələbəylə başa vurub. Həmin gün “Arsenal”ı məğlub edən edən komanda, qitənin ən nüfuzlu klub turnirindəki növbəti ev matçında aprelin 12-də “Real”a uduzub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA