“Bavariya” “Real”ın futbolçusunu istəyir
11.04.2016 - 21:52
“Bavariya” “Real”ın futbolçusunu istəyir

“Bavariya” “Real”ın futbolçusu Martin Edeqoru heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə münhenlilərin idman direktoru Matias Zammer açıqlama verib.

 

“Marka” qəzetinə danışan Zammer 17 yaşlı futbolçunu izlədiklərini və onu çox bəyəndiklərini bildirib. Norveçli yarımmüdafiəçiyə təklif edəcəklərini qeyd edən klub rəsmisi onun “Real”la olan müqaviləsinə hörmət etdiklərini də vurğulayıb.