“Bavariya” azarkeşlərinə şad xəbər
01.02.2017 - 23:04
“Bavariya”nın kapitanı Filipp Lam zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi artıq komanda ilə ümumi məşqlərdə iştirak edir.
Son məşqdən sonra açıqlama verən müdafiəçi hər şeyin qaydasında olduğunu bildirib.
Onun Almaniya Bundesliqasının XIX turunda “Şalke”yə qarşı matçda iştirak edəcəyi gözlənilir.
0
0