Radamel Falkaonu geri qaytaran və Robin van Persini “Fənərbaxça”ya satan “Mançester Yunayted” hücumçu axtarışına çıxıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “mankunianlar” “Bavariya”lı Robert Levandovskiyə “elçi düşüblər”.
Hücum xəttində yalnız Ueyn Runi və yeni transfer Memfis Depay qalan Mançester klubu Levandovskinin transferi üçün qarşı tərəfə rəsmi müraciət edib. 26 yaşlı forvardın meneceri Çezari Kuçarski də bu məlumatı təsdiqləyib. O bildirib ki, “Bavariya” ingilislərə artıq cavabını göndərib. Belə ki, Menxen təmsilçisi Levandovskinin transfer qiymətinin 50 milyon avro olduğunu bəyan edib. İngilislərin bu tələbə necə reaksiya verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted” yay fasiləsində hələlik Matteo Darmain, Morqan Şneyderlin, Bastian Şvaynştayger və Memfis Depayı transfer edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı