Məşhur keçmiş italiyalı hücumçu Paolo Di Kanio “Milan”ın gənc qapıçısı Canluici Donnarumma haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, 17 yaşında milli komandada debüt edərək İtaliya millisinin tarixinə ən gənc oyunçu kimi düşən qapıçı haqqında keçmiş forvard olduqca xoş fikirlər səsləndirib.
“Donnarumma çox ağıllı və soyuqqanlı qapıçıdı. Onun çox yüksək oyunçu keyfiyyətləri var. Sinişa Mixayloviç onu böyük futbola bu qədər tez gətirməklə çox düzgün qərar verdi. Allah ona əla şans verib, əgər o, bu ruhla davam etsə, Cici Buffonun əsl davamçısı olacaq. Belə futbolçular 50 ildən bir doğulur” – deyə o, “Milan TV”yə açıqlamasında bildirib.