“Beşiktaş”a Eto`O ilə bağlı xoşagəlməz xəbər
09.06.2014 - 23:28
“Beşiktaş” futbol klubu sıralarına qatmaq istədiyi Samuel Eto`O ilə bağlı pis xəbər alıb. Apasport.az saytının məlumatına görə, bu ayın sonunda “Çelsi” ilə müqaviləsi bitən kamerunlu futbolçu ilə “Arsenal” və “Tottenhem” kimi nəhənglər də maraqlanır.
Kamerun mətbuatının yazdığına görə, hər iki klub futbolçu ilə yaxından maraqlanır və dünya çempionatından sonra Eto`O bu klublardan biri ilə müqavilə imzalaya bilər. Hücumçunun Çempionlar Liqasında oynamaq istəməsi səbəbindən, “Arsenal” daha şanslı görünür.
Eto`O bu mövsüm “Çelsi”nin heyətində 35 oyunda 13 qol vurub.
0
0