[b]Çempiona növbəti zərbə[/b]
12.07.2016 - 00:24
[b]Çempiona növbəti zərbə[/b]

Ötən mövsüm Türkiyə çempionu olmuş “Beşiktaş” İsmayıl Köybaşının ardınca daha bir əsas oyunçusu ilə vidalaşmalı olacaq. Apasport.az saytının məlumatına görə, Xose Sosa da klubdan getmək qərarına gəlib.

 

Bu barədə oyunçu özü sosial şəbəkə hesabından xəbər yayıb. Argentinalı yarımmüdafiəçi həyat yoldaşının terror təhlükəsi səbəbindən İstanbulda yaşamaqdan qorxduğunu, buna görə də klubu tərk etmək istədiyini artıq rəhbərliyə bildirib.

 

Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın şərəfini qoruyan Sosa meydana çıxdığı 58 oyunda 12 qola imza atıb. O, ötənilki çempionluğun əsas memarlarından biridir.