[b]“Beşiktaş”ın futbolçusuna ağır cəza[/b]
24.03.2017 - 18:47
[b]“Beşiktaş”ın futbolçusuna ağır cəza[/b]

UEFA “Beşiktaş”ın futbolçusu Vinsent Abubakara ağır cəza verib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Olimpiakos”un üzvünü başla vuran kamerunlu futbolçuya bu hərəkəti baha başa gələcək.

 

Belə ki, o hərəkətdən sonra birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılarn Abubakar qitənin ali futbol qurumu tərəfindən 3 oyunluq cəzalandırılıb.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda və komandası yarımfinala yüksələrsə, mərhələnin ilk oyununda iştirak edə bilməyəcək.