“Bizim əsas məqsədimiz mərhələ adlamaq idi”
13.03.2015 - 19:42
“Komandamı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə “Xəzər Lənkəran”ı 0:3 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”. (pfl)
0
0