“Bizim karyeramız artıq sona yaxınlaşır” - FOTO
06.10.2016 - 02:12
“Bizim karyeramız artıq sona yaxınlaşır” - FOTO

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya millisi İspaniyanı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, "skuadra adzurra"nın kapitanı Canluici Buffon oyunla bağlı fikirlərini "Tuttosport"a bildirib.

 

"Özündənrazılıq bizim üçün böyük səhv olar. Bunun üçün son Avropa çempionatındakı oyunu unutmalıyıq. Bu oyun dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə baxımından çox əhəmiyyətlidi".

 

Buffon həmçinin İspaniya millisinin hücumçusu, sabiq komanda yoldaşı Alvaro Moratadan və milliyə çağırılmamış İker Kasilyasdan da danışıb: “Morata? Ümid edirəm ki, o, bu oyunda çıxış etməyəcək. Çünki Alvaro belə oyunlarda fərqlənməyi yaxşı bacarır. İspaniya millisinin qapısında İker Kasilyası görməmək qəribə duyğudu. Bu, onu göstərir ki, bizim karyeramız artıq sona yaxınlaşır".

 

Qeyd edək ki, İtaliya - İspaniya oyunu oktyabrın 6-da, Turində baş tutacaq.

0