“Borussiya” La Liqadan oyunçu aldı
05.01.2017 - 01:29
“Borussiya” La Liqadan oyunçu aldı

Almaniya Bundesliqası təmsilçisi “Borussiya” heyətini yeni futbolçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, Münhenqladbax təmsilçisi “Sevilya”nın müdafiəçisi Timoti Kolodzeyçakı heyətinə cəlb edib.

 

Bu barədə məlumatı Almaniya klubu yayıb.

 

Müqaviləyə əsasən, fransalı futbolçu 2021-ci ilin yayınadək “Borussiya”nın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Sevilya”nın üzvü olan 25 yaşlı futbolçu cari mövsümdə 5 oyunda şans qazanıb.