“Borussiya” Obameyanqla bağlı qərarını açıqladı
25.01.2016 - 18:18
“Borussiya” Obameyanqla bağlı qərarını açıqladı

Dortmund “Borussiya”sı aparıcı oyunçularından olan Pyer-Emerik Obameyanqı satmaq barədə düşünmür. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin rəhbərliyi qabonlu futbolçuya gələn təkliflərə baxmağı düşünmür.

 

“Borussiya”nın idman direktoru Hans-Yoahim Vatske bildirib ki, hətta fantastik təklif qarşılığında belə, Obameyanqı satmayacaqlar: “Onunla əməkdaşlığı davam etdirmək fikrindəyik. Obameyanqı hətta 100 milyon avro qarşılığında da satmayacağıq”.

 

Qeyd edək ki, “Milan”ın yetirməsi sayılan Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir. O, hazırkı komandasında bu vaxta qədər 119 oyunda 68 qola imza atıb.