“Borussiya” “Bayer”in türk futbolçusu Ömər Toprağı almaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə dortmundluların idman direktoru Mixael Sork açıqlama verib.
Klub rəsmisi “Bavariya”ya gedən Mats Hummelsin əvəzinə transfer etmək istədikləri müdafiəçi üçün Leverkuzen klubu ilə danışıq apardıqlarını təsdiqləyib: “Biz “Bayer”lə Ömər üçün danışıq apardıq. Ancaq razılaşma əldə olunmadı. Ona görə də hələlik bu transferi ikinci plana keçirdik. Toprak bu transfer pəncərəsində bizimlə olmayacaq”.
Qeyd edək ki, dortmundlular bu yay “Barselona”dan Mark Bartranın keçidini həll edib.