“Borussiya”nın daha bir futbolçusu “Bavariya”da oynaya bilər
26.04.2016 - 22:23
“Borussiya”nın daha bir futbolçusu “Bavariya”da oynaya bilər

Münhenin “Bavariya” klubu Bundesliqadakı əsas rəqibi “Borussiya”nın daha bir futbolçusuna elçi düşüb. Apasport.az saytının məlumatına görə, dortmundluların müdafiəçisi Mats Hummles yeno mövsümdən klubunu dəyişə bilər.

 

Bunu münhenlilərin rəsmisi Karl Haynz Rummenige də təsdiqləyib.

 

“Bəli, biz Hummelslə maraqlanırıq. Bu haqda “Borussiya”ya da təklif vermişik. Təbii ki, bütün məsələlər hər üç tərəfin razılğı ilə həll ediləcək” – deyə əfsanəvi futbolçusu “sport1.de”yə açıqlamasında bildirib.

 

Qeyd edək ki, daha əvvəl bu marşrutla Robert Levandovski və Mario Götze də Dortmunddan Münhenə köçmüşdü.