“Borussiya”nın oyunçusu “Real”a təklif edildi
02.01.2017 - 19:29
“Borussiya”nın oyunçusu “Real”a təklif edildi

“Borussiya”nın oyunçusu Yulian Vayql karyerasını “Real”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri xəbər yayıb.

 

Bildirilib ki, alman futbolçu agentlər vasitəsilə “kral klubu”na təklif edilib. Madridlilərin çoxdandı Vayqlı izlədikləri məlum idi. Ayrıca o da bilinirdi ki, gənc futbolçunun xidmətində “Barselona” və “Mançester Siti” də maraqlıdır.

 

Mənbədə həmçinin qeyd edilib ki, “Real” oyunçunu bu yay transfer etmək istəmir. İspanlar keçidi 2018-ci ilin yayında həll etməkdə maraqlıdır.