“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Gəncə klubu ilə oyunlarımızdakı məğlubiyyətlərin səbəbləri fərqlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XIX turunun “Kəpəz”lə matçındakı 0:3 hesablı məğlubiyyəti meydan amili ilə əlaqələndirib: “Kəpəz”lə ilk 2 oyunda komandamız yaxşı çıxış etmişdi, yaxşı oynamışdıq. Amma bu dəfə oyunumuz elə də yaxşı alınmadı. Bunu da biz buraya gəlməzdən öncə də bilirdik. Gəlib şahidi olduq ki, burada meydançanın vəziyyəti elə də yaxşı deyil və bu da bizim istədiyimiz oyunu göstərməyə mane olurdu. Bu cür meydançalarda adətən aqressiv futbola daha çox üstünlük verilir. Bu sahədə biz bir az geridə qaldıq. Düşünürəm ki, meydançanın belə olması məğlubiyyətimizin səbəblərindən biridir və hesabın belə olması ilə nəticələndi”.
Mənbə: gabalafc.az
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"