“Volfsburq”un və Almaniya millisinin üzvü Mario Qomes klubdakı gələcəyindən danışıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında sabiq klubu “Beşiktaş”dan da söz açıb.
O, İstanbul təmsilçisinə yollandığına görə peşman olmadığını deyib: “Həyatda verdiyim qərarlara görə heç vaxt peşman olmamışam. Florensiya və İstanbula getmək qərarını yenə də verərdim. Düzdü, Florensiyadakı karyeram düşündüyümdən fərqli keçdi.
Burda özümü çox yaxşı hiss edirəm. Əlbəttə, burda qalıb-qalmayacağım mövsümün necə bitməsindən asılıdı. Ancaq ölkə xaricinə yollanıb-yollanmayacağımla bağlı düşüncələrlə özümü yormuram. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Yaxşı bir şey hiss etsəm, qalacam. Hədəflərimiz fərqli olsa, çıxış yolu axtaracağıq. Bu məsələdə təkcə mən qərar vermirəm. Buranı sevirəm. “Volfsburq”da qala bilərəm”.
Qeyd edək ki, 29 turdan sonra 33 xalla 13-cü pillədə yer alan “Volfsburq” aşağı liqaya düşmək təhlükəsiylə üz-üzədi. Qomes Bundesliqanın cari mövsümündə 14 qola imza atıb.