“Çelsi” David Luizdən əl çəkmir
31.08.2016 - 15:30
“Çelsi” PSJ-nin müdafiəçisi David Luizin transferində israrlıdı. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “zadəganlar” bu keçid üçün növbəti dəfə Fransa klubunun qapısını döyüb.
Bir gün öncə 32 milyon funt-sterlinqi qəbul etməyən PSJ indi də 40 milyon funt-sterlinqlik təkliflə üz-üzə qalib. Parislilərin bu məbləğə braziliyalını buraxması gözlənilir.
Qeyd edək ki, David Luiz PSJ-yə 2014-cü ildə 50 milyon funt-sterlinq müqabilində məhz “Çelsi”dən keçmişdi.
0
0