“Çelsi” köçməyə hazırlaşır
07.01.2017 - 00:28
“Çelsi” köçməyə hazırlaşır

“Çelsi” 2018-ci ildə “Uembli” stadionuna köçməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, “zadəganlar” “Stemford Bric”də yenidənqurma işləri aparmaq fikrindədilər.

 

Yanvarın 11-də təmir işlərinə başlanılması üçün kluba icazə veriləcəyi gözlənilir. Bundan sonra “Çelsi” “Uembli”yə üz tutacaq.

 

Ancaq hazırda arena “Tottenhem”in sərəncamındadı. Stadionunda tikinti işləri gedən “Tottenhem” arenanı 2018/2019 mövsümünə qədər icarəyə götürüb. “Tottenhem” “Uembli”ni boşaldan kimi Roman Abramoviçin klubu ora yerləşəcək.

 

“Stemford Bric”də yenidənqurma işlərinin 2021-ci ilə qədər yekunlaşacağı gözlənilir.

 

1905-ci ildə tikilən arena sonuncu dəfə 90-cı illərin əvvəllərində təmir olunub. Abramoviç yenidənqurma işlərinə 585,1 milyon avro ayıracaq.