“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Apasport.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, “Çelsi” də fransalı futbolçuya “elçi düşüb”.
Maraqlıdı ki, London klubu bu keçidin reallaşması üçün pul ödəmək fikrində deyil. Belə ki, ingilislər Poqbanın müqabilində yarımmüdafiəçiləri Oskar və Ramiresi İtaliya klubuna verməyə hazırdı. Lakin “Çelsi” ilə yanaşı, PSJ, “Barselona” və “Mançester Yunayted” də 22 yaşlı futbolçu uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, “Yuventus” Poqbanın transfer qiymətinin 100 milyon avro olduğunu açıqlayıb.