[b]“Çelsi”nin müdafiəçisinə cəlbedici təklif[/b]
06.05.2017 - 14:35
[b]“Çelsi”nin müdafiəçisinə cəlbedici təklif[/b]

İngiltərənin “Çelsi” klubunun futbolçusu Con Terri karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, mövsüm başa çatdıqdan sonra London klubunu tərk edəcəyini dəqiqləşdirdən müdafiəçi “Tyantszin Suntszyan” klubundan cəlbedici təklif alıb.

 

Asiyalılar 4 qat İngiltərə çempionuna 2 illik müqavilə təklif edib. Çin klubu 36 yaşlı futbolçuya ildə 29 milyon avro ödəməyə hazırdi.