Daha bir Avropa nəhəngi ciddi sanksiya ilə üzləşə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Çelsi”yə transfer qadağası qoyula bilər.
Buna səbəb kimi Bertran Traorenin transferi zamanı edilən qanunsuzluq göstərilir. Belə ki, FİFA London klubunun 2010-cu ildə Traoreni transfer edərkən qanunsuzluğa yol verib-vermədiyini araşdırır. Əgər klub günahkar bilinərsə, ən azı bir dönəmlik transfer hüququndan məhrum olacaq.
Qeyd edək ki, “Real” və “Atletiko” 18 yaşadək futbolçuların keçidindəki qanunsuzluq üzündən bu ilin yayında və gələn ilin qış fasiləsində oyunçu ala bilməyəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"