“Fənərbaxça” Luiş Nanini İspaniya klubuna satdı
05.07.2016 - 17:41
Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Fənərbaxça” daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi Luiş Nani ilə vidalaşıb.
Portuqaliya yığmasının üzvü gələn mövsümdən karyerasını “Valensiya”da davam etdirəcək. Bu keçid “sarı-lacivərdlilər”ə 8,5 milyon avro pul qazandırıb. Məlumatı “Fənərbaxça” rəsmi saytı vasitəsilə təsdiq edib.
Qeyd edək ki, Luiş Nani “Fənər”ə ötən yay “Mançester Yunayted”dən keçmişdi.
0
0