“Fənərbaxça”da “yarpaq töküm”ü
31.05.2016 - 19:40
“Fənərbaxça”da “yarpaq töküm”ü

“Fənərbaxça” dörd futbolçusunu göndərib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Belə ki, müqavilələri başa çatan Fabiano Ribeyro, Mixal Kadleç, Lazar Markoviç və Abdoulaye Ba ilə yeni anlaşma əldə olunmayıb.

 

Göndərilən oyunçulardan Kadleçin yeni klubu bəlli olub. Çexiyalı futbolçu karyerasını vətənində,  “Sparta” (Praqa) klubunda davam etdirəcək.

 

Markoviçin isə müqavilə ilə məxsus olduğu "Liverpul"a qayıdacağı iddia olunur.

0