“Fənərbaxça”da əfv fərmanı
01.02.2017 - 20:49
“Fənərbaxça” heyətdən kənarlaşdırdığı iki futbolçunu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu nigeriyalı Emanuel Emenike və hollandiyalı Van der Villin yenidən ümumi komanda ilə birlikdə məşq etməsinə icazə verib.
Hər iki futbolçu ötən ilin dekabrında intizamsızlıq səbəbindən heyətdən qovulmuşdu.
Sarı bülbüllər qış “transfer pəncərəsi”ndə onları satmağı düşünsə də, uyğun alıcı olmayıb.
0
0