“Fənərbaxça”nın futbolçusu “İnter”lə anlaşdı
09.03.2016 - 13:58
“Fənərbaxça”nın futbolçusu “İnter”lə anlaşdı

“Fənərbaxça”nın futbolçusu Caner Erkin yenidən legioner həyatı yaşayacaq. Apasport.az-ın İtaliyanın yüksək tirajlı “Corriere dello Sport” qəzetinə istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi gələn mövsümdən məhz bu ölkədə çıxış edəcək.

 

Belə ki, Caner “İnter” klubu ilə ilkin müqavilə imzalayıb. Tərəflər arasında razılığa görə, Türkiyə millisinin üzvü yayda milanlılarla 3 illik müqaviləyə qol çəkəcək. Onun “neradzurra”da illik məvacibi 1,8 milyon avro təşkil edəcək. Canerin “Fənər”lə müqavilə müddəti cari mövsümün sonuna qədər olduğundan, italyanlar onu havayı heyətə cəlb edəcəklər.

 

Qeyd edək ki, Caner Erkin 2007-2010-cu illərdə Moskva MOİK-ində legioner həyatı yaşayıb.