“Fiorentina” Haci ilə anlaşdı
10.07.2016 - 19:21
“Fiorentina” George Hacinin oğlu İannis Hacinin transferini rəsmən açıqlayıb. Apasport.az-ın məlumatına görə, bu barədə “bənövşəyilər”in rəsmi saytından açıqlama yayılıb.
Bildirilib ki, klub müqavilə şərtlərindən istifadə edərək 1998-ci il doğumlu futbolçunu önümüzdəki mövsüm heyətdə saxlayacaq.
Qeyd edək ki, ötən mövsümü atasının baş məşqçisi olduğu “Vitorul”da keçirən İannis meydana çıxdığı 32 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Rumıniya U-17 milli komandasında da 5 oyunda meydna çıxıb.
0
0