[b]“Flamenqo”nun yetirməsi: Azərbaycanla bağlı xatirəm gözlərim önündə canlandı[/b]
29.03.2014 - 13:08
[b]“Flamenqo”nun yetirməsi: Azərbaycanla bağlı xatirəm gözlərim önündə canlandı[/b]

“Flamenqo”dan ayrıldığım dövr mənim üçün heç də yaxşı olmadı. Bir neçə dəfə çətin vəziyyətlə üzləşdim. 13 il sıralarında olduğum, bütün uşaqlığımı və gəncliyimi verdiyim komandadan ayrılmaq da çətin idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Omanın “Əl-Şabab” klubunun futbolçusu Marsinyo Pitbull deyib.

 

27 yaşlı braziliyalı yarımmüdafiəçi yetirməsi olduğu “Flamenqo” klubundan ayrıldığı dövrü unuda bilmir.

 

Kiçik yaşlarından bu komandada futbolun sirlərinə yiyələnən Marsinyo 2009-cü ildə Azərbaycandan da təklif aldığını, lakin sonda aldadıldığının peşmançılığını çəkməkdədir: “Menecerlər mənə ölkə xaricindən təklif gələcəyini dedilər. Lakin bir ay keçdi, onlardan soraq çıxmadı. Klubsuz qalmağımdan çox narahat idim. Karyeramın ən ağır ayları idi. Nəhayət San-Paulu “Yuventus”undan təklif aldım və onlara qoşuldum. Lakin bir neçə iş adamı ilə görüşdüm. Onlar da məni Azərbaycan klubuna aparacaqlarını söz verdilər. Heç vaxt xaricdə oynamadığımdan onlarla razılaşdım. Bileti alıb, səfər günündə hava limanında onları gözlədim. Lakin onlar aradan çıxmışdılar. Azərbaycan variantına görə həm pulumu, həm də vaxtımı itirdim. Üstündən neçə il keçəndən sonra Omanda oynamaq təklifi alanda da Azərbaycanla bağlı xatirəm gözlərim önündə canlandı. Amma müqavilə imzalayıb “Əl-Şabab”a keçdim”.

 

Qeyd edək ki, Pitbull 2012-ci ilədək Braziliyanın “Flamenqo”, “Makae”, “Sosial”, “Botafoqo”, “Dukue de Kasias”, “Fiqueyrense”, “Amerika”, “Formoza”, “Demokrata” klublarında çıxış edib və 2 il əvvəl Omana yollanıb.

 

0