Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Real”a uduzan “Bavariya” ikinci matça hazırlaşır. Apasport.az saytının məlumatına görə, münhenlilər ilk oyunda zədə səbəbindən xidmətindən istifadə edə bilmədikləri Robert Levandovskinin ikinci matça çatması üçün çalışırlar.
Artıq polşalı oyunçu xüsusi proqramla fərdi məşqlərə start verib. Bundesliqanın 28-ci turunda “Borussiya” ilə oyunda zədələnən hücumçunun ikinci oyunda çıxış edəcəyi haqqında xəbəri Karl Haynz Rummenige verib: “Bizim həkimlərimiz onun ilk oyuna çatması üçün əsl fədakarlıq etmişdilər, ancaq biz buna risk etmədik. İkinci matçda isə 100% oynaya biləcək”.
Qeyd edək ki, ilk oyunda “Bavariya” “Real”a 1:2 hesabı ilə məğlub olmuşdu.