“İnter” – “Qarabağ” oyunu İnqilab Məmmədova tapşırıldı
20.05.2015 - 14:18
“İnter” – “Qarabağ” oyunu İnqilab Məmmədova tapşırıldı

Topaz Premyer Liqasında XXXV turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun “Inter”lə “Qarabağ” arasında mərkəzi oyunu İnqilab Məmmədova tapşırılıb.

 

FİFA referisi Əliyar Ağayev isə bu qarşılaşmanın 4-cü hakimi olacaq. Digər beynəlxalq dərəcəli referilər Orxan Məmmədovla Rəhim Həsənov isə bu turda baş hakim kimi meydana çıxacaq.

 

XXXV tur

22 may (cümə)

 

18:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov 
“Kapital Bank Arena”

 

18:00. “Bakı” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

19:00. AZAL – “Simurq”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov 
“AZAL Arena”

 

20:00. “İnter” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev 
“İnter Arena”