“İnter” – “Qarabağ” oyununun vaxtı açıqlandı
19.05.2015 - 13:46
Topaz Premyer Liqasında XXXV turun oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu həftə baş tutacaq turun qarşılaşmaları eyni gündə keçiriləcək.
3 qarşılaşması Bakıda keçiriləcək tura mərkəzi oyunla yekun vurulacaq. Artıq qızıl və gümüş medalları təmin edən “İnter” və “Qarabağ” saat 20:00-da meydana çıxacaq.
XXXV tur
22 may (cümə)
18:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”
18:00. “Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
19:00. AZAL – “Simurq”
“AZAL Arena”
20:00. “İnter” – “Qarabağ”
“İnter”Arena”
0
0