[b]“İnter” “Kəpəz”lə “Qəbələ”yə qoşuldu[/b]
01.03.2017 - 10:44
[b]“İnter” “Kəpəz”lə “Qəbələ”yə qoşuldu[/b]

Azərbaycan Premyer Liqasının XX turu 3 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra iki oyunçu qırmızı, biri sarı vərəqə limiti üzündən cəza ilə üzləşib.

 

“Kəpəz”in “Qəbələ” ilə ev oyununda birbaşa qırmızı vərəqə alan Şəhriyar Rəhimov və Nika Kvekveskiri bir deyil, ən azı 2 tur buraxmalı olacaq. Növbəti turda sonuncu “Qəbələ”nin “İnter”lə, Şəhriyar isə “Kəpəz”in AZAL-la matçını da buraxacaq.

 

“Qəbələ” ilə matça “İnter” də itki ilə çıxacaq. Paytaxt təmsilçisi cəzalı oyunçusu olmasına görə “Kəpəz”lə “İnter”ə qoşulub. Belə ki, Fuad Bayramov da cəzalı duruma düşüb. O, mövsümdə 8-ci dəfə sarı vərəqə alıb. “Qarabağ”la matçdakı xəbərdarlıq onun üçün “qırmızı işıq” olub.