“İnter” baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Frank de Burla yollarını ayıran İtaliya nəhəngi müxtəlif variantları nəzərdən keçirir.
“Qazetta dello Sport” iddia edir ki, Milan klubunun “sükanı arxasına” keçməyə namizədlərdən biri də “Fənərbaxça”dan ayrılan Vitor Pereyradı. Portuqaliyalı mütəxəssislə yanaşı, Andre Villaş Boaş, Qus Hiddink, Marselino Toral və Stefano Pioli də “İnter”i çalışdırmağa namizədlər siyahısında göstərilir.
Qeyd edək ki, Frank de Bur “İnter”də Roberto Mançinini əvəzləmişdi. Amma “neradzurra”nın uğursuz çıxışı holland məşqçinin istefasıyla nəticələndi.