“İnter” ingilis oyunçunu “gözaltı edib”
26.10.2016 - 22:32
Cari mövsümdə “Mançester Yunayted”də əsas heyətə düşməkdə çətinlik çəkən Ueyn Runi yayda mankunianları tərk edə bilər. Apasport.az saytının “goal.com” portalına istinadən məlumatına görə, İtaliya A seriyası təmsilçisi “İnter” 31 yaşlı hücumçunun xidmətində maraqlıdı.
Runinin cari mövsümdə “qırmızı şeytanlar”da əsas heyətə düşə biməməsindən istifadə edən “neradzurra”, İngiltərə millisinin üzvü üçün danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Runi İngiltərə Premyer Liqaısının cari mövsümündə 8 oyunda meydana çıxıb, 1 qola imza atıb.
0
0