“İnter” xorvatiyalı ilə anlaşdı
07.12.2016 - 20:40
“İnter” xorvatiyalı ilə anlaşdı

“İnter” Marselo Brozoviç ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Bildirilib ki, xorvatiyalı futbolçu ilə 2021-ci ilə kimi yeni anlaşma ilə bağlı razılıq əldə edilib. Buna qədərki müqavilənin müddəti isə 2019-cu ilə kimi nəzərdə tutulmuşdu.

 

İtaliya mətbuatında yer alan məlumatlara görə, onun sərbəst qalma məbləği isə 50 milyon avro olaraq təyin edilib.

 

Qeyd edək ki, Brozoviç bu mövsüm Milan klubunun heyətində 11 oyunda meydana çıxıb ki, 2 qol və2 məhsuldar ötürmə ilə yadda qalıb.